Doğum günü tədbirinə SİLAHLI HÜCUM: 13 ölü, 4 yaralı

Baxış sayı:
11236

Meksikanın Verakruz ştatının Olmek bölgəsində dəhşətli cinayət hadisəsi baş verib.
Bir qrup şübhəli şəxs bir restoranda keçirilən doğum günü tədbirinə silahlı hücum edib.
Hadisə nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ölənlərin hamısı restoranda uşaqlarının doğum gününü qeyd edən ailədən olub. Onlardan 5-i qadın, 1-i azyaşlıdır.
Polis şübhəli şəxslərin axtarışına başlayıb./Publika.az