Doğu Perinçek Türkiyədəki seçkidə məğlubları açıqladı

Baxış sayı:
5782

Türkiyədə 31 mart bələdiyyə seçkilərinə günlər qalmış Vətən Partiyasının sədri Doğu Perinçek seçkinin nəticələri ilə bağlı açıqlama verib.
 
Doğu Perinçek bu millətin PKK ilə əməkdaşlıq edənlərə dəstək verməyəcəyini söyləyərək seçkidə məğlub olanları açıqlayıb.
Bu seçkinin bir əbədiyyət məsələsi olduğunu qeyd edən Perinçek, “Vətənin təhlükəsizliyi təhlükə altındadır və bu seçkilər əbədiyyət məsələsinə çevrildi. CHP, İP və SP-nin ağlını başına alması lazımdır” deyib.
 Bu millətin PKK ilə əməkdaşlıq edənlərə dəstək verməyəcəyini söyləyən Perinçek, “Yerli seçkinin qalibini deyil, məğlub olanlarını indidən söyləyə bilərəm. Növbəti prosesdə kim HDP və PKK ilə əməkdaşlıq edərsə, indidən məğlub olmuşdur. Bu millətin HDP-PKK ilə əməkdaşlıq edənlərə dəstək olması mümkün deyil. Millətimizin əsgər döyüşərkən əsgərə güllə atanlara dəstək olması, onları bağışlaması mümkün deyil” deyib.
 Müxalifət.az