Doğu Perinçek-dən Makrona "24 Aprel" məktubu

Baxış sayı:
14305

Türkiyədə Vətən Partiyasının sədri Doğu Perinçek Fransa prezidenti Emmanuel Makrona 24 apreli "anma günü" elan etməsi səbəbilə məktub yazıb.
 
Doğu Perinçek Fransa prezidenti Emmanuel Makrona yazdığı məktubda, "Cənab prezident, hüquqdan kənar “erməni soyqırımı” yalanını Türkiyənin Şərqi Aralıq dənizində ABŞ və İsrail təhdidlərinə qarşı müqavimətinə və Suriyanın şimalında ABŞ-la əlaqəli PKK terror təşkilatını təmizləmə əzminə qarşı gündəmə gətirmə səyi içərisindəsiniz" deyə qeyd edib.
 Məktubuna "Sözdə erməni soyqırımı yalanını simvollaşdıran 24 aprel tarixini Milli Anma Günü kimi elan etməyinizi heyrətlə öyrənmiş oluruq" sözləri ilə başlayan Perinçek, məsələ ilə bağlı beynəlxalq aləmdə qəbul olunan qərarları xatırladıb.
 
Makron məhkəmənin səlahiyyətini qəsb edə bilməz
 
Makronun soyqırım elan etmək səlahiyyətinin olmadığını, soyqırımın bir hüquq anlayışı və bir günah tərifi olduğunu vurğulayan Perinçek, məktubunda bunları qeyd edib:
“Soyqırım anlayışı hüquqi bir anlayışdır, gündəlik dilimizdəki “qırğın” kimi anlayışlardan fərqlidir. Soyqırım cinayətinin varlığına səlahiyyətli məhkəmə qərar verir. Soyqırım hökmünü verməyə nəinki prezidentlər, parlamentlər və hökumətlər, hər hansı bir məhkəmə də səlahiyyətli deyil. BMT 1948 Soyqırım Konvensiyasına görə, ancaq cinayətin işləndiyi ölkənin məhkəməsi və ya səlahiyyətli Beynəlxalq Cəza Məhkəməsi soyqırım cinayətinin işləndiyinə hökm edə bilər. Makron məhkəmənin səlahiyyətini qəsb edə bilməz".
Soyqırım cinayətini hökumətlər və ya qurumlar və ya millətlərin başqa sözlə hüquqi şəxsləri və icmaların törətmədiyini bildirən Doğu Perinçek, "Soyqırım cinayətini eynilə adam öldürmə, oğurluq cinayətlərində olduğu kimi, fərdlər işləyir. Cinayətə qatılmaq da fərdi bir aktdır. Bu səbəblə Osmanlı dövləti və ya Türkiyə dövləti və ya hökumətləri və ya orduları kimi hüquqi şəxslərin və qurumların soyqırım cinayəti törətdiyi kimi iddialar cəza hüququnun əsas prinsipləri ilə uyğun gəlməz" qiymətləndirməsi edib.
 
Soyqırım iddiaları tamamilə hüquqdan kənardır
 
 1915-dəki hadisələr üçün səlahiyyətli məhkəmə soyqırım qərarının olmadığını ifadə edən Perinçek, məktubunu belə davam etdirib:
“1915 ildə törədilən hərəkətlərin soyqırım cinayəti olduğuna dair bu günə qədər alınmış bir səlahiyyətli məhkəmə qərarı yoxdur. O səbəbdən “erməni soyqırımı” iddiaları tamamilə hüquqdan kənardır. Hər hansı bir parlament, prezident, hökumət, bələdiyyə, universitet, akademik qurum, dərnək 1915 hadisələrində “soyqırım törədilib” mühakiməsini etməyə səlahiyyətli deyil. Bu cür qərarlar beynəlxalq hüquqa ziddir. Hamısı siyasi məqsədli qərarlardır. 1915 hadisələri “Holokost” deyə anılan “Yəhudi soyqırımı”ndan fərqlidir, eyni yerə qoyula bilməz. Məlum olduğu kimi, “Yəhudi soyqırımı” səlahiyyətli məhkəmə qərarı ilə hökmə bağlanmışdı. Halbuki 1915 hadisələri haqqında bir məhkəmə qərarı yoxdur".
Soyqırımın 1948-də BMT Konvensiyası ilə cinayət qəbul edildiyini xatırladan Perinçek, 1948-ci ildən əvvəlki hadisələrlə bağlı, "soyqırım cinayəti işləndiyi" hökmünün verilə bilməyəcəyini qeyd edib.
Bir tarix mövzusu olaraq 1915 hadisələrini mübahisə azadlığının təminat altında olduğunu qeyd edən Perinçek, "Tarixçilərin və hər kəsin 1915 hadisələri məsələsində istədiyi fikri açıqlama azadlığı vardır. Ancaq 1915-ci il hadisələrinin “soyqırım” olub, olmadığı mövzusunda, özünü səlahiyyətli məhkəmə mövqeyinə oturdub, hökm vermə səlahiyyəti yoxdur. O səbəblə mübahisə və düşüncə açıqlama azadlığı 1915 hadisələrində “nə oldu, necə və niyə oldu”, mövzusundadır. Heç kimsə məhkəmənin yerinə keçib, “1915-də filankəs soyqırım cinayətini işlədi” deyə hökm vermək azadlığına malik deyil" deyə bildirib.
 
Erməni soyqırımı-Kürd problemi
 
Doğu Perinçek məktubunu belə tamamlayıb:
“Hörmətli prezident (Makron), hüquqdan kənar “erməni soyqırımı” yalanını Türkiyənin Şərqi Aralıq dənizində ABŞ və İsrail təhdidlərinə qarşı müqavimətinə və Suriyanın şimalında ABŞ istiqamətli PKK terror təşkilatını təmizləmə əzminə qarşı gündəmə gətirmə səyi içərisindəsiniz. Biz Vətən Partiyası olaraq “erməni soyqırımı” yalanının son zamanlar Kürd problemi kontekstində istifadə edildiyinə diqqət çəkmişdik. Artıq pas tutmuş olan hüquqdan kənar cəfəngiyyatlara sarılmaqdan əl çəkmənizi təklif edirəm".
Müxalifət.az