DNT analizinin nəticəsi AÇIQLANDI: Ayşən Hüseyn Dəryanın övladı deyil? - VİDEO

Baxış sayı:
9127

Mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT (atalıq testi) analizinin nəticəsi bəlli olub.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, Zaur Baxşəliyev nəticəni "Bizimləsən"in canlı yayımında oxuyub. Analiz zamanı Ayşənin Hüseyn Dəryanın qızı olduğu təsdiqini tapmayıb. 
Normalda iki valideyinin iştirakı ilə keçirilən analiz H.Dəryanın həyatda olmadığına görə, müayinə üçün lazım olan nümunə mərhum reperin doğma bacısı Ofeliya Muradovadan götürülüb. Atalıq testi zamanı 15 genə baxılır. Əgər 15 gendən 15-i də uyğun olarsa, atalıq təsdiqini tapmış sayılır. Lakin Ayşənin DNT analizi zamanı 15 gendən 12-sində uyğunluq olduğu ortaya çıxıb.