Dənizdə qəza – 5 neftçi xəstəxanaya yerləşdirilib

İyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Arya 141" qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunmuşdur.
 
 Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılmışdır. Xəbəri SOCAR yayıb.