Dənizdə batan iki Cəlilabad sakininin cəsədləri tapıldı

Bazar günü Bakıdakı Goradil çimərliyində dənizdə batan iki gənc oğlanın meyiti tapılıb.
 
Suda boğularaq ölən 1995-ci il təvəllüdlü Mehdiyev Təbriz Vilayət oğlu və 1994-cü ildə anadan olmuş Teymurov Müvhid Tehmir oğlunun meyiti Novxanı çimərliyində aşkarlanıb.
Qeyd edək ki, vəfat edən gənclərin hər ikisi Cəlilabad darayon sakinidir və çimərliyə birgə gediblər.