Dənizdə batan gəncin meyiti tapılıb

Dənizdə batan gəncin meyiti tapılıb.
 
Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, avqustun 20-də Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1994-cü il təvəllüdlü Həsənov Kərim Murad oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün tapılaraq sudan çıxarılıb. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:15-da başa çatıb.