Dənizdə 24 yaşlı gənc batıb

Dənizdə 1 nəfər batıb.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.
 Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.
 Əməliyyat saat 12:50-də başa çatıb.