Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi Vətənə gətirildi - FOTO, VİDEO / YENİLƏNİB

Baxış sayı:
954

Dəniz quldurları tərəfindən öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun nəşi Bakıya gətirilib.

Məlumata görə, F.İsmayılovun nəşinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroprtuna eniş edib.

Onun doğulduğu Siyəzən rayonunda dəfn ediləcəyi gözlənilir./virtualaz.org

**09:37

Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Vətənə göndərilib.

Türkiyə KİV-ləri bildirir ki, cənazə yerli vaxtla saat 07:30-da İstanbuldan Bakıya göndərilib.

Xatırladaq ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Mozart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.