Dəniz Baykal təcili əməliyyata alındı

Türkiyəli millət vəkili Dəniz Baykal təcili əməliyyata alınıb.
Onun beynində ödem toplanıb.
CHP-li millət vəkilinin müalicə aldığı Ankara Universiteti İbn Sina xəstəxanasının professoru D. İbiş onun beyin qanaması keçirdiyini bildirib: “D.Baykalın beyninin tomoqrafiyasını çıxardıq. Onun beynində ödem yaranıb və qanama artıb. Fiziki müayinə zamanı aşkarlanan simptomlar da nəticəyə uyğun gəldi və biz onun əməliyyat edilməsinə qərar verdik. Xəstə hazırda əməliyyatdadır”.
Qeyd edək ki, D.Baykal dünən səhər saatlarında kəskin qızdırma və sətəlcəm simptomları ilə xəstəxanaya yerləşdirilmişdi.