Dəməşqdə “qırmızı” həyəcan! ƏSƏD GÖSTƏRİŞ VERDİ

Baxış sayı:
4255

ABŞ, Fransa və İngiltərəylə birlikdə Suriyanı vurmağa hazırlaşır. Qırmızı həyəcan siqnalı verən rejim, hədəfdə bəzi hərbi bazaları boşaltmağa başlayıb.
 
Suriyada Əsəd rejiminin Şərqi Gutata kimyəvi hücum etməsindən sonra ABŞ və bəzi Qərb ölkələrindən hərbi əməliyyat siqnalı gəldi. ABŞ, “USS Donald Kuk” adlı dağıdıcı gəmisini Yunan Kiprindəki Larnaka Limanından Suriya su sərhədlərinə göndərməsindən sonra yeni bir addım atıb. ABŞ Donanması, "USS Harri Trumen Təyyarə Gemisini" də Aralıq Dənizinə sövq edir. Donanmanın ən böyük təyyarə gəmisi olan Trumen, 6 min 500 şəxsi heyət və Birinci Hava Qol Komandanlığına bağlı döyüş təyyarələri ilə bu gün Norfolk limanından yola çıxacaq. Gəmi qrupunu, Almaniya Freqatı FGS Hessen də müşayiət edəcək. "USS Jason Dunham" və "USS The Sullivans" dağıdıcı gəmiləri də daha sonra qrupa daxil olacaq.
Gərginliyin artması ilə əlaqədar Suriya ordusu və milisləri, hücum ehtimalına qarşı qırmızı həyəcana keçib. Rejim, vurulacaq olan bəzi hədəfləri boşaltmağa başlayıb.
 
HƏRBİ VARİANT MASADA
 
ABŞ prezidenti Donald Tramp, müdafiə naziri Cim Mattis və baş qərargah rəisi Yozef Dunford kimi yüksək səviyyəli şəxslərlə bir araya gəlib. Müdafiə Nazirliyi (Pentaqon), Trampa Suriyadakı kimyəvi hücuma cavab üçün bir sıra hərbi variant təqdim edib. Dünya "Suriya üçün 24 və ya 48 saat içərisində kritik bir qərar verəcəyəm" deyən ABŞ prezidentindən gələcək açıqlamanı gözləyir.
 
İNGİLİSLƏR DƏ DÖVRƏDƏ
 
Suriya rejiminə qarşı ABŞ-ın planlaşdırdığı hücuma İngiltərənin də dəstək verəcəyi qeyd olunub. İngilis nazirlər, hərbçilərə genişmiqyaslı bir əməliyyat planlaşdırması üçün göstəriş verib. İngiltərənin baş naziri Teresa Mey, əməliyyat qərarını parlamentin razılığı olmadan ala bilər.
 
TRAMP SƏFƏRİNİ TƏXİRƏ SALDI
 
Bu arada ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makron ilə görüşüb. İki liderin Suriya rejiminin kimyəvi silah hücumuna veriləcək cavabı müzakirə etdiyi bildirilib. Daha sonra Ağ Evdən edilən açıqlamada Trampın, Suriyadakı proseslərə yönəltmək üçün Cənubi Amerika turunu ləğv etdiyi bildirilib. Tramptan sonra müdafiə naziri Mattis də Kaliforniya və Nevada səfərlərini təxirə salıb.
 
ƏSƏD GERİ ADDIM ATDI
 
Digər tərəfdən, Suriya prezidenti Bəşşar Əsəd, baş verən hadisələr kontekstində geri addım atıb. Əsəd, Şərq Gutadaki kimyəvi təcavüz iddialarını araşdırmaq üçün Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatını ölkəyə dəvət edib.
Müxalifət.az