​Dəmirqapıda terrorçular məhv edildi

Baxış sayı:
1822

Türkiyənin Ağrı vilayətində təhlükəsizlik qüvvələri tərəfindən təşkil edilən əməliyyatda 2 terrorçu məhv edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ağrı Valiliyi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 16:00 radələrində hərbçilər Dəmirqapı kəndində bir qrup terrorçu ilə qarşılaşıb.
Nəticədə yaşanan silahlı atışma nəticəsində 2 terrorçu zərərsizləşdirilib.
Əməliyyatlar davam etdirilir.