“Dəmirdaş terrorçudur” – ƏRDOĞAN

Ərdoğandan Dəmirdaş sualına cavab: O, sadəcə...
G20 sammitindən sonra keçirilən mətbuat konfransı zamanı jurnalistlərdən biri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana HDP-nin həbsdə olan həmsədri Səlahəddin Dəmirdaşın və bu partiyadan olan digər deputatların nə vaxt azadlığa çıxacağı ilə sual ünvanlayıb.
 
Türk lider cavabında adıçəkilən şəxsin terrorçu olduğunu bildirib.
“Terrorçuların həbsxanalardan buraxılması ilə bağlı biz qərar vermirik. Türkiyə hüquq dövlətidir. Söylədiyiniz şəxs terrorçudur. Elə bir terrorçudur ki, 53 kürd qardaşımı elə kürdlərə öldürtdürüb. Bu, cinayətlərdən sadəcə biridir. Buna bənzər digər olayları da sadalamaq olar. Hazırda onun işi məhkəmədədir. Məhkəmə nə qərar verərsə, ona əməl etməyə borcluyuq”, - dövlət başçısı bildirib.