​Ədliyyə Nazirliyindən seçkilərlə bağlı - Açıqlama

Baxış sayı:
3124

Məhkəmələrdən əldə olunmuş məlumatlara əsasən bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin aprelin 11-də keçirilən seçkiləri zamanı seçki qanunvericiliyinin tələblərinin pozulmasına dair bu işlərə baxmaq səlahiyyəti olan apellyasiya instansiyası məhkəmələrinə heç bir şikayət daxil olmayıb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, eyni zamanda, seçki prosesinin gedişatında hər hansı insidentlə bağlı rayon (şəhər) məhkəmələrinə də müraciət edilməyib.