​Dələduzluqda təqsirləndirilən şəxs təcridxanada öldü

Bakı İstintaq Təcridxanasında ölüm halı baş verib.
APA-nın məlumatına görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilən 1965-ci il təvəllüdlü Arif Piriyev vəfat edib. Onun böyrək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.