Dələduzluqda ittiham olunan baş redaktorun məhkəməsi başlayır
15-11-2017 16:06
"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi başlayır.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, öz işçilərinə qarşı dələduzluq edərək 200 min manat mənimsəməkdə təqsirləndirilən G.Hüseynovun cinayət işi üzrə istintaq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatında verilib. İlkin hazırlıq iclası noyabrın 21-də keçiriləcək.
G.Hüseynov həmçinin rüşvət verməkdə iştirak etməkdə ittiham edilir.