Dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyən “makler dəstəsi”ni hansı məmur himayə edir? – SABUNÇU SAKİNİ ŞOK FAKTLARI AÇIQLAYIR…

Baxış sayı:
1019

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 13-də kirayədə yaşayan Nadirov Çingiz Cəmulla oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Mən, Nadirov Çingiz Cəmulla oğlu 1966-cı ildə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olmuşam. Tanışım Zaur (sonradan öyrəndim ki, o, bir neçə dəfə məhkum olunub) məni ev alqı-satqısı ilə məşğul olan İlqar adlı maklerlə (o da bir neçə dəfə dələduzluğa görə məhkum olmuşdur) tanış edərək, bildirmişdir ki, bəs Çingizə elə bir ev təşkil et ki, pulunun yarısını indi, yarısını da kreditlə hər ay 500 manat olmaqla ödəsin. Makler İlqar dərhal Rəşad adlı birisinə zəng etdi. O da biz olan yerə gəldi. Onlar mənə Buzovna ilə Maştağanın sərhəddində (arasında) yolun solunda 5-6 hazır ev və yarımçıq tikililər göstərdilər ki, sifarişlə belə proyektdə evlər tikilib təhvil veriləcək. Hətta mənə 0.02 ha torpaq sahəsi göstərib bildirdilər ki, sənin evin bu ərazidə tikiləcək. Mən razılaşdım.
3 mart 2019-cu ildə mən iki tanışımla “Xalqlar Dostluğu” ərazisində yerləşən 18 nömrəli dövlət notariusuna getdik. Ev tikən tərəfdən Zaur, İlqar və Rəşad gəlmişdilər. Rəşad mənə öz adından Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 0.02 ha torpağın özəlləşdirilməsi, sərəncam verilməsi, tikinti işləri aparılması, kommunal xəttlərin çəkilməsi və s. səlahiyyət verən 03 mart 2019-cu il tarixli,  AR  I  N-747569 nömrəli baş etibarnamə verdi. Elə sənədi alan kimi, saat 14-00-da 18 saylı Notariusun qarşısında mən ona 5 nəfər şahidin yanında 10 000 (on min) manat nağd pul verdim. 150 manat da notariusa rüsum ödədim.
Əldə etdiyimiz şifahi razılaşmaya görə, Rəşad mənə həmin ərazidə 9x9 metr olan (cəmi 81 kv.m) 3 otaqlı, mətbəxi və sanuzeli olan ev tikib, 30 aprel 2019-cu il tarixinədək təhvil verməli idi. Aradan aylar ötsə də, Rəşadın dəstəsi heç bir iş görmədilər. Mən onların yanına gedib pulumu geri istədikdə Rəşad, bibisi oğlu Sərxan, ağsaqqlları sayılan Qəzənfər və bir neçə qohumları mənə “pulumuz yoxdur” dedilər, sonra məni hədləyərək qapıdan qovdular.
Bu məslənin həll olunması üçün Asif və Mirkərim adlı şəxslərlə görüşüb, işi bir ağsaqqal kimi yoluna qoymağı xahiş etdim. Lakin onlar da əvvəl söz versələr də, bu məslənin düzəlməsi üçün məndən aldıqları 600 manatı da sonradan qaytarmadılar. İş də həllini tapmadı. Nəhayət, mən sentyabr ayında DİN-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Müstəntiq Hüseyn Mənsimli  təkcə Rəşadı dəvət edib izahat aldı. O da etiraf etdi ki, məndən cəmi 10000 manat pul almışdır. Mən izahatımda qeyd etdim ki, Rəşad və Sərxan ev tikmək işlərini əmisi oğulları olan Hacı Elməddinə həvalə ediblər. Çünki, hazırda Rəşada məxsus hesab edilən ərazilərdə Hacı Elməddin ev tikintisi və satışı işini aparır.
Bu arada, Rəşadın qohum-tanışlarından ibarət olan dəstəsi məni və ailəmi ölümlə hədləyirlər ki, bizi niyə polisə vermisən.
Xülasə, sonda DİN-nin İdarəsi heçbir tədbir görmədi. Ondan sonra sentyabrın əvvəlində DİN-nin Baş Cinayət Axtarış İdarəsi rəisi cənab A.Daşdəmirova məslənin həllinə köməklik göstərməsilə bağlı ərizə verdim. Sonradan öyrəndim ki, Rəşadın mənə göstərdiyi və özlərinə məxsus olduğu bildirilən Buzovna-Məştağa yolu  sərhədinin sağ tərəfindəki 10 ha çox torpaq sahəsi əslində Neft şirkətinə məxsus imiş. Və Neft Şirkəti də hər dəfə bu ərazidə ev tikintisi başlanan kimi nümayəndələri gəlib “haqlarını” alıb gedirlər. Kim vermirsə, onun tikintisini dağıdıb gedirlər. Rəşad Cabarovun da ev tikən dəstəsi Neft Şirkətilə razılaşmadığına görə, qanunsuz zəbt etdikləri bu torpaq sahələrində vətəndaşlarla razılaşdıqları kimi, yəni tikiləcək evin dəyərinin 40-50 faiz nağd pulunu evləri tikməmişdən qabaq alırlar. Sonra isə dələduzluq edib razılaşdırlan evi tikmirlər. Sonda isə vətəndaş mənim kimi aldadldığını görüb, verdiyi pulu geri istədikdə isə, ona hədə-qorxu gəlinir, ölümlə hədlənir və qovurlar. Hazırda da topaqlar Rəşad Cabarovun adına olsa da, imkanlı və arxası olan vətəndaşların evlərini tikib təhvil verirlər. Hansı ki, arxasında güvəndiyi birisi yoxdur, Rəşadın dəstəsi ona hədə-qorxu gəlib verdiyi pulu qaytarmır, dələduzluq edirlər. Məslən, Rəşad, əmisi oğlu Hacı Elməddin, bibisioğlu Sərxan, Mirkərimin tanışları olan Asim o günü “Mercedess”lə yanıma gəlib hədə-qorxu gəlir ki, başın bədəninə ağırlıq edir, istəmirsən ailənlə sağ-salamat yaşayasan və s.  
Budur, Rəşadın dəstəsi mənim kimi Maştağada yaşayan məişət malları dükanının sahibi olan birisindən 15000 manat alıb, qaytarmır, 5 il əvvəl yenə başqa bir maştağa sakinindən ev tikmək adı altında aldıqları 23 000 manatdan cəmi 3000 manatı bu günədək qaytarıblar. Digər bir qadına da mənə nəzərdə tutulmuş torpaq sahəsinin qonşuluğunda əvvəlcə yer göstərib ev tikməyə söz versələr də, aldadıb aldıqları 8500 manat pulu qaytarmırlar. Məkumata görə, hətta general Elçin Quliyevə də buradan böyük bir ərazini satıblar. Mənim kimi Rəşad Cabarovun mütəşəkkil dələduz dəstəsinin “qurbanları” günü-gündən çoxalsa da, hələlik görünən budur ki, onlara Azərbaycanda arxalandıqları havadarlarına görə kimsə “gözün üstə qaşın var” deməyə cürət etmir. Etsəydi, şəxsən mənim müraciət etdiyim DİN-nin iki idarəsi və Bakı şəhər prokurorluğu ərizəmi araşdırar və bu gün cəmiyyətə real təhlükə yaradan mütəşəkkil dələduz dəstənin zərərsizləşdirilməsi istiqamətində iş görə bilərdilər. Lakin çox təəssüf ki, bu idarələr dələduz dəstəyə qanunlarımızı tətbiq edə bilmirər.
Cənab Prezident!
Çox hörmətli Mehriban xanım!

Mən adi bir Azərbaycan vətəndaşı olaraq, son ümid yeri kimi Sizlərə müraciət edərək, Rəşad Cabarov və dəstəsi  tərəfindən dəldəuzluqla məndən ev tikmək adı altında alıb mənimsəmiş 12500 manat pulumun qayatarılmasında köməklik etməyinizi xahiş edir və əvvəlcədən təşəkkür edirəm”.


Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.