"Divara xeyr, Trampa yox!" - ABŞ QARIŞDI, TRAMPA ETİRAZLAR BAŞLADI

Baxış sayı:
13939

ABŞ prezidenti Donald Trampın ölkənin Meksika sərhədində yaşanan "zorakılıq hadisələrini" əsas göstərərək "milli fövqəladə vəziyyət" elan etməsi Ağ Ev qarşısında etiraza səbəb olub.
 
İnsan haqları təşkilatı "Moveon" və bəzi qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilən etirazda, ABŞ-ın müxtəlif ştatlarından çox sayda aktivist iştirak edib.
Trampın sərhəd təhlükəsizliyi səbəbilə "milli fövqəladə vəziyyət" elan etməsini "gücü sui-istifadə etmək və ABŞ Konqresini heçə saymaq" kimi təsvir edən etirazçılar, alınan qərara etirazlarını çatdırmaq üçün Ağ Ev qarşısına gəldiklərini ifadə edib.
Etiraz aksiyasının təşkilatçılarından Darsi Regan, "milli fövqəladə vəziyyət" qətnaməsinin ABŞ demokratiyasına, Müsəlmanlara və köçkünlərə verəcəyi zərərə diqqəti çəkərək, "Prezident tərəfindən elan edilən milli fövqəladə vəziyyət qərarına qatılmır və köçkün həmkar və dostlarımızın yanında dayanırıq" deyib.
Ağ Evin qarşısındakı nümayişçilər əllərində Tramp talismanları ilə yanaşı, "Divara xeyr, Trampa yox!", "Divarı Trampın ətrafına hörün, bizi qurtarın!" yazılı plakatlar qaldıraraq şüarlar səsləndiriblər.

Müxalifət.az