​Dispetçer solla sağı səhv saldı - Onlarla insan öləcəkdi

Baxış sayı:
8902

Tayvanın “Eva Air” hava yolları şirkətinə aid sərnişin təyyarəsi dağ zirvəsinə təhlükəli yaxınlıqdan ötüb keçib. “İndependent” nəşrinin yazdığına görə, buna səbəb aviadispetçerin solla sağı səhv salması olub. İnsident 2016-cı ildə Los-Ancelesdən Taypeyə uçan “Boeing 777” laynerində baş versə də, araşdırma nəticələri yalnız indi ictimailəşib. Məlum olub ki, əlverişsiz hava şəraiti ilə əlaqədar dispetçer təyyarəni şərqə istiqamətləndirməli olduğu halda, qərbə yönəldib. Əvvəl pilota 180 dərəcə sola uçmaq və iki min metr yüksəkliyə qalxmaqla bağlı təlimat verilib. 40 saniyədən sonra isə sağa 180 dərəcə döndərməsini istəyib. Ardınca havada “Air Canada” şirkətinə aid “Boeing” təyyarəsi ilə toqquşmaması üçün 1,5 min metr yüksəklikdə uçmasını tələb edib. Çox keçmədən dispetçer yenidən hər şeyi qarışdıraraq, “Eva Air” təyyarəsini yanlış istiqamətə göndərib. Nəticədə Tayvan layneri Vilson dağlarının 500 metr yaxınlığından keçərək, pilotlara həyəcanlı anlar yaşadıb.