​DİQQƏT: Yeni ev tikənlərə XƏBƏRDARLIQ - Video

Baxış sayı:
9883

Yeni salınan massivlərin qazlaşdırılması ya dövlət hesabına, ya da vətəndaşlar ASAN Xidmət, ASAN Kommunal-a müraciət etməklə öz vəsaitləri hesabına həyata keçirilə bilir. Bunu Real Tv-yə müsahibəsində “Azəriqaz” İB-nin yeni qazlaşma və inkişaf şöbəsinin müdiri Teymur Cəfərov dedi. Onun sözlərinə görə, 2019-cu ildə yeni yaşayış massivlərinin qazlaşdırılması nəzərdə tutulub. “Yeni massivlər böyük əraziləri əhatə edir. Ona görə qazlaşdırma işlərinin tədricən həyata keçirilməsi planlaşdırılır. Vətəndaşlar öz hesabına da həyata keçirə bilər. Heç bir məhdudiyyət qoyulmur”, - Teymur Cəfərov bildirdi. O qeyd etdi ki, vətəndaşlar aldanmamaq üçün podratçı seçərkən lisenziya tələb etməlidir.