Diqqət çəkən siyahı: Bin Salman çıxdı, Qaşıqçı girdi

Baxış sayı:
5929

Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalisti Camal Qaşıqçı Amerikanın “Time” jurnalının hər il seçdiyi "ilin adamı" siyahısında finala qalan şəxslər arasında yer alıb.
 
“Time” jurnalının redaktor heyəti tərəfindən 1927-ci ildən bu yana hər il, həmin ilə damğa vuran yaxşı, ya da pis hadisələrdə iştirak edən şəxslərdən seçilən "ilin adamı" fəxri adı üçün müəyyən olunan finalçılar açıqlanıb. Siyahıda cinayətə qurban gedən və hələ də cəsədinin harada olduğu bilinməyən jurnalist Qaşıqçı-nın olması diqqəti çəkib.
Jurnalın rəsmi internet saytında Camal Qaşıqçı üçün bu ifadələrə yer verilib:
“İstedadlı bir analitik və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı tənqid edən bir şəxs olan jurnalist Camal Qaşıqçı, ən son 2 oktyabrda Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna girərkən görülüb. Vəliəhd şahzadənin əmri ilə öldürüldüyünə inanılan Qaşıqçı cinayəti, beynəlxalq təpkilərə və Səudiyyə rejiminin dərindən araşdırılmasına yol açdı".
 
Şahzadə binSalman namizəd göstərilmədi
 
Digər tərəfdən, Camal Qaşıqçı cinayəti ilə bağlı tənqidlərin hədəfində olan və qətl əmrini verdiyi iddia edilən Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın siyahıda olmaması da diqqətdən yayınmayıb. Çünki bin Salman daha əvvəl səsverməyə təqdim olunan siyahılarda yer alırdı.
Müxalifət.az