Diqqət: Bu yolda təmir başlayır

Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində sabahdan etibarən (26.11.2017) yenidənqurma işlərinə start verilir.
Muxalifet.az xəbər verir ki. bu barədə Azəravtoyol ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib. A.Nəcəfli qeyd edib ki, işlərə ilkin olaraq yol ayrıcında (yolun ortasında) yerləşən yüksək gərginlikli işıq dirəklərinin sökülərək xətlərin yerin altına keçirilməsi ilə başlanılacaq:
“Bu səbəbdən, bu gecədən etibarən (25.11-26.11.2017) yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma yolun yalnız bir hərəkət istiqaməti üzrə təqribən 75-80 metrlik hissəsini əhatə edəcək. Hərəkət digər istiqamət üzrə ikitərəfli olaraq təmin olunacaq.
Sözügedən işlər yol boyu həyata keçiriləcək. Bu müddət ərzində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunmaqla yolda hissə-hissə məhdudlaşdırmalar tətbiq ediləcək. Yüksək gərginlik elektrik xətlərinin yerin altına keçirilməsi bitdikdən sonra küçənin Azəravtoyol ASC tərəfindən təmirinə başlanılacaq.
Sürücülərdən Mir Cəlal küçəsində aparılan yenidənqurma işlərini nəzərə alaraq diqqətli olmaları xahiş olunur”.