Diqqət: Bu küçədə hərəkət məhdudlaşdırılır

Baxış sayı:
1021

Təbriz küçəsinin bir hissəsində hərəkət qismən məhdudlaşdırılır
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb. O bildirib ki, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gücədən etibarən (martın 22-dən 23-nə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Qismən məhdudlaşma qısa müddətlik tərbiq ediləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyib.