DİQQƏT! Bakıda məşhur supermarketdə "Çin yumurtası" satılır - VİDEO

Baxış sayı:
606
Bakıda növbəti dəfə "çin yumurtası” deyilən, jelatin və kalsium qarışığından hazırlanan yumurta satıldığı məlum olub. 
Bakupost.az-ın məlumatına görə, Bakı sakini Məhəmməd Hüseyn Şəhriyar küçəsində (BDU-nun yaxlığı) yerləşən "Araz” supermarketindən kampaniya çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta alıb. 
Yumurtanı qaynadıb yemək istədikdə isə  əcaib mənzərə ilə qarşılaşıb. Şikayətçinin təqdim etdiyi videodan da görünür ki, yumurtanın içərisindən mənşəyi bəlli olmayan yarıbərk halında maddə çıxıb.