DİQQƏT! ABŞ Türkiyəyə quyu qazır – Yusif Qaplan

ABŞ Türkiyəni içəridən vurmağa hazırlaşır.
 
Bu sözləri “Yeni Şəfəq” qəzetinin köşə yazarı Yusif Qaplan yazıb.
O, “Diqqət! ABŞ Türkiyəyə quyu qazır” başlıqlı yazısında ABŞ-ın YPG terror təşkilatına silah yardımı etməsini xatırladaraq, Türkiyəni içəridən çökdürməyə çalışdıqlarını bildirib.
“Amerika rəhbərliyi gözümüzün içinə baxa-baxa YPG-yə xeyli silah, tank göndərir. Körfəzdən Aralıq dənizinə qədər bir dəhliz yaratmağa və PKK dövləti qurmağa çalışırlar. Əgər belə bir şey olsa, Türkiyə parçalanacaq və vətəndaş müharibəsinin beşiyinə çevriləcək”, - yazıda qeyd edilib.