"Diqlas"ın söküntüsü başa çatır

Baxış sayı:
3004

Bakı şəhərinin Nizami rayonu ərazisində yanğın baş verən “Diqlas” ticarət mərkəzinin söküntüsü davam etdirilir.
Muxalifet.az report-a istinadən xəbər verir ki, artıq söküntü işləri yekunlaşmaq üzrədir. Hazırda ticarət mərkəzinin birinci mərtəbəsinin sökülməsi istiqamətində son tamamlanma işləri aparılır.
Qeyd edək ki, bu ilin martın 26-da Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospketində yerləşən beşmərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib.