Diqlas" Ticarət Mərkəzi yenidən tikiləcək?

Baxış sayı:
9298

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzinin yenidən tikilməsi qərarı onun sahiblərinə aiddir.
Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. 
Nazir bildirib ki, binanın sökülüb-tikilməsi uzun vaxt aparır. 
"Buna görə sahibkarlara tövsiyyə odur ki, onlara təklif edilən ticarət mərkəzlərində fəaliyyətlərini bərpa etsinlər". 
Qeyd edək ki, martın 26-da Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı bir sıra mağazalar yanaraq külə dönüb. Mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, ticarət mərkəzi söküləcək. /Azvision