"Diplomatiyamızın vəzifəsi erməni ordusunun gücü ilə qazanılmış “hərbi-siyasi status-kvo”nun beynəlxalq səviyyədə tanınmasına nail olmaqdır" - ERMƏNİSTAN XİN RƏHBƏRİNDƏN SƏRSƏM AÇIQLAMA

Baxış sayı:
541

“Əslində, biz heç bir “çıxmaz dalan” görmürük, sakit və soyuqqanlı işləyirik. Çünki bu iş aparılmalıdır”. 

Muxalifet.az xəbər verir ki, bu haqda Ermənistanını xarici işlər naziri Zohrab Mnatsakanyan yerli mediaya Daqlıq Qarabağ münaqişəsinin həllində “dalana dirənmə” ilə bağlı bəyanatları şərh edərkən söyləyib.
Nazir daha sonra bildirib:
“Dalana dirənmə və ya ölü nöqtə” haqda çoxları həm xaricdə, həm də Ermənistanda danışırlar. Ancaq bunun Ermənistanda problemin mahiyyətininə varmadan edildiyi ilə bağlı şübhələr var.
Məsələn, Ermənistan üçün ölü nöqtəyə alternativ nədir? Ümumi ictimai rəyə görə, hansısa ”kompromis”  təklif edən “x” variantı müzakirə olunur. Yəni ermənilərdən və azərbaycanlılardan qarşılıqlı güzəşt gözlənilir. Əgər bu diplomatiya səviyyəsində deyilirsə hər şey aydındır. Amma kompromis hansı mənanı kəsb edir-Azərbaycana nəyi güzəştə gedə bilərik və zəifləməyə bilərik? Bizim Azəbaycana verəcək bir şeyimiz yoxdur.  Güzəşt edilməsi güman olunan şey artıq bizimdir. Buna görə də, güzəştdən danışmırıq, çünki Azərbaycanın təhlükəsizliyi təhlükədə deyil.  Bizə məxsus olan təhlükə altındadır, əslində erməni tərəfinə birtərəfli güzəştlər təklif olunur.
Buna görə “ölü nöqtə” təhlükəsizlik sistemindəki mövqelərimizdən geri çəkilmədən və resurların bütünlüyünü qoruyaraq işləmək və irəli getmək üçün tək real  yoldur".
Nazir Mnatskanyan onu da deyib ki, hazırkı vəziyyət Ermənistan üçün «qapalı dalan” deyil: "Bəlkə də Ermənistanın təhlükəsizlik sisteminin zəifləməsindən faydalanan Azərbaycan və ya başqası üçün belə olduğunu söyləyib.
Ermənistanın və ermənilərin vəzifəsi Baş nazirin avqustun 5-də Xankəndindəki mitinqdə söylədiyi vəzifəni hərəkətə gətirməkdir. Erməni diplomatiyasının vəzifəsi - “ölü nöqtə”nin, başqa sözlə, erməni ordusunun  gücü ilə qazanılmış “hərbi-siyasi status-kvo”nun beynəlxalq səviyyədə tanınmasına nail olmaqdır.
Bu, əlbəttə ki, olduqca çətin bir işdir.Bunu bir anda ritorika səviyyəsində həll etmək cazibəli görünür, amma belə etmək, beynəlxalq vəziyyətin primitivləşməsi və saya sayılmaması demək olardı. Bu problemi həll etmək üçün dünya güc mərkəzləri ilə əməkdaşlığa ehtiyacımız var, beynəlxalq maraqları nəzərə alaraq onlarla işləmək lazımdır".
Muxalifet.az