​Dinozavr skeleti 1,5 milyon avroya satıldı

Baxış sayı:
3676

Parisin “Drouot” hərrac altında diplodok dinozavrının skeleti nə az, nə çox 1,443 milyon avroya çəkic altına gəlib.
Muxalifet.az xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yayılıb.
Skeletin hündürlüyü üç metr, uzunluğu on iki metr təşkil edir.
Hərrac təşkilatçıları onun 550 min avrodan çox satılacağını güman etmirdi.
Hərraca çıxarılan allozavr dinozavrının skeleti isə 1,408 milyon avroya anonim kolleksioner tərəfindən alınıb. Dinozavrların 145 milyon il əvvəl yaşadığı güman edilir.