“Dindar olub, aktyorluqdan uzaqlaşdı” - tanınmış aktyor haqqında iddia - VİDEO

Baxış sayı:
12373

Aktyor Elcan Rəsulov sosial şəbəkədə məsciddə çəkdiyi video görüntüləri paylaşıb. Onun bu addım birmənalı qarşılanmayıb. Belə ki, şəbəkə izləyiciləri aktyoru özünü din adı altında reklam etdiyini deyiblər. Bəziləri isə iddia edib ki, Elcan artıq dini qruplaşmaya qoşulub və aktyorluq sənətindən uzaqlaşıb.

Musavat.com mövzu ilə bağlı aktyor Elcan Rəsulovla əlaqə saxlayıb. Aktyor ortaya atılan iddiaları əsassız adlandırıb: Deyirlər ki, özümü reklam edirəm. Aktyorların içində ən az reklama ehtiyacı olan mənəm. “İnstagram”da yüzlərlə adam izlədi. Əslində fəxr ediləsi addımdır. Məscid ən-Nəbəvi dünyanın ən böyük məscidlərindən biridir, Mədinədə yerləşir. Hər müsəlmana orada namaz qılmaq qismət olmur. Əgər insanlar bunu reklam kimi başa düşürlərsə, öz problemləridir. Aktyorluqdan isə uzaqlaşmamışam. Dinə bağlılığımın sənətə aidliyi yoxdur”.

Qeyd edək ki, Elcan Rəsulov “Oğlan evi” filmində canlandırdığı Baba obrazı ilə məşhurluq qazanıb.