​DİN xadimənin öldüyü hadisə ilə bağlı məlumat yaydı - AXTARIŞ APARILIR

Baxış sayı:
20389

Daxili İşlər Nazirliyi Sabirabad rayonunda baş verən ağır yol qəzası barədə məlumat yayıb.
Oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.
Sabirabad RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Qeyd edək ki, Z.Abuşova rayon ərazisindəki yanacaqdoldurma məntəqəsində xadimə işləyib və evə gedərkən bədbəxt hadisə ilə üzləşib.