Din xadimi iki arvad saxlamağın çətinliklərindən danışdı...

Baxış sayı:
15433

“İki qadın arasında ora-bura vurnuxmaqdansa, bir arvadla uzun və xoşbəxt bir həyat yaşamaq daha yaxşıdır...” 
“İnsanlar UCA ALLAHDAN qorxmamağa başlayıblar...”

Rusiyanın Samara vilayəti  Müsəlmanları Regional Ruhani İdarəsinin sədri Talip Yarullin  Federasiyanın bəzi bölgələrində çoxarvadlılığa icazə verilməsi  barədə təklifləri şərh edib.
Moderator.az  xəbər verir ki, “Realnoe Vremya” nəşri ilə söhbətində Yarullin özü bir neçə səbəbə görə çoxarvadlılığın tərəfdarı olmadığını bildirib.  Birincisi, onun sözlərinə görə, tatarlar Şimali Qafqaz və Orta Asiya xalqlarından fərqli olaraq çoxarvadlılıq ənənəsinə sahib deyillər. “İkincisi, bu gün iki arvad saxlamaq çox çətindir”- deyə müfti vurğulayıb.
“İki qadın arasında ora-bura vurnuxmaqdansa, bir arvadla uzun və xoşbəxt bir həyat yaşamaq daha yaxşıdır. Bundan əlavə, arvadı təmin etmək lazımdır. Bizim gerçək şərtlərimizdə isə  bəzən bu, çox çətindir.  İki arvadı hər cəhətdən təmin etmək,  əlbəttə, daha çətin olar. Məsuliyyət də dəfələrlə artır ”-deyən dini lider mövqeyini açıqlayıb. 
Eyni zamanda Yarullin bəzi müsəlmanların nikah quruluşuna  qeyri-ciddi münasibətindən də şikayətlənib. 
"Nəticədə nikah oxunuşlarından sonra kişi və qadınlar öz öhdəliklərini yerinə yetirmir və asanlıqla ayrılırlar. İnsanlar UCA ALLAHDAN qorxmamağa başlayıblar" –deyə müsəlman ruhani təəssüflə bildirib.
Xatırladaq ki, ötən həftə Rusiya müsəlmanları ruhani idarəsinin- Müftilər Şurasının rəhbəri Ravil Qaynutdin ölkənin müsəlman regionlarında çoxarvadlılığın leqallaşdırılması təşəbbüsü ilə çıxış edib və bir sıra digər regional müftilər də bu təklifi dəstəkləyib.