​DİN qadağan edir, KOMİTƏ VƏ SAYTLAR İSƏ SATIR

Qanunla qadağan edilmiş anti-radar qurğusu növbti dəfə açıq satışa çıxarılıb.
Muxalifət.az xəbər verir ki, anti-radar cihazı bu dəfə də “Tap.az” saytında satışa təqdim edilib. Halbuki cihazı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qadağan edib. Bir müddət öncə qadaan edilmiş bu cihazı Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarmışdı. Hərracda 22 manata təqdim edilən cihaz saytda 90 manata satılır.
Bilməyənlər üçün xatırladaq ki, anti-radar cihazı avtomobilin sürətini ölçür. Radar olan əraziyə yaxınlaşanda bu cihaz sürücüyə sürəti azaltmaq üçün xəbərdarlıq edir. Bu da sürücülərin təkcə radar olan yerlərdə sürəti azaltmasına, digər yerlərdə isə sürət həddini aşmasına səbəb olur. Bu səbəbdən də cihazın avtomobillərə quraşdırılması qanunla tənzimlənir.
Anti-radar cihazı yollardakı bütün radarları göstərir. Antiradar detektorları radarların işinə mane törətdiyi üçün qadağan edilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da mətbuata açıqlamasında bildirib ki, avtomobilə sürəti ölçməyə mane olan qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır və 500 manatdan 800 manata qədər cərimə edilir./Axar.az/