DİN Fərman Ceyranlını AXTARIŞA VERDİ

Baxış sayı:
7819

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.
Muxalifet.az-ın xəbərinə görə, onun barəsində axtarış elan olunması barədə məlumat DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib.
Məlumatda bildirilir ki, Ceyranlı Fərman Cahan oğlu 1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.