DİN-in dəstəyi ilə qadınlar üçün aksiya başladı

"Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir" adlı sosial aksiyaya start verilib.
Muxalifet.az xəbər verir ki, bu barədə müğənni-modelyer Ruhi Əliyeva İnstaqram səhifəsində məlumat paylaşıb.
O bildirib ki, aksiya Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə başlayıb. Məqsəd qadına qarşı zorakılıqla mübarizə aparmaq, xanımlara mərhəmət, sevgi hissini aşılamağı təbliğ etməkdir.