DİN-dən ƏMƏLİYYAT: çay fabrikindən çox sayda silah-sursat tapıldı

Baxış sayı:
8275

Astarada çay fabrikindən silah-sursat tapılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.
DİN-dən Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülmüş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.