DİN-dən məhdudiyyətlə bağlı VACİB AÇIQLAMA - “Əgər ailə üzvlərindən biri Bakı qeydiyyatıdırsa…”

Baxış sayı:
2584

Daxili İşlər Nazirliyi ailə üzvlərindən biri Bakı qeydiyyatı olan və paytaxtda işləyən şəxslərin Bakıya buraxılıb-buraxılmaması məsələsinə aydınlıq gətirib.

Muxalifet.az-ın məlumatına görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu cür məsələlərə polis postunda yerindəcə qərar veriləcək.

“Əgər ailə üzvlərindən biri Bakı qeydiyyatıdırsa, onların sənədləri yoxlanılacaq və bu məsələ müsbət formada öz həllini tapacaq. Misal üçün, ər Bakı qeydiyyatıdır, həyat yoldaşı rayon qeydiyyatıdırsa, onlar hər ikisi Bakıya buraxılacaq”, – deyə nazirlik rəsmisi bildirib./Qafqazinfo