​DİM-dən məlumat: Bu namizədlərin nəzərinə!

Baxış sayı:
3415

İyunun 29-da elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.
Dövlət imtahan Mərkəzindən  bildiriblər ki, 25 dövlət orqanında mövcud olan 110 vakant vəzifə müsabiqəyə çıxarılsa da, beş dövlət orqanında mövcud vəzifələrə namizədlər tərəfindən müraciət olunmayıb. Ümumilikdə isə 373 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.
Müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində məsləhətçi (1 vakant yer üzrə 31 namizəd), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində məsləhətçi-kompüter proqramçısı (1 vakant yer üzrə 30), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində məsləhətçi-kompüter proqramçısı (1 vakant yer üzrə 30) vəzifələri üzrə müşahidə edilib.
Müsahibələrin avqustun 9-dan sentyabrın 19-dək Dövlət İmtahan Mərkəzinin inzibati binalarında həyata keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in rəsmi saytından əldə edə bilərlər.