Dilqəm Əsgərovun silahı oğlundan alınıb - DİN İTTİHAMLARA CAVAB VERDİ

Baxış sayı:
607

Daxili İşlər Nazirliyi hazırda erməni əsirliyində olan Dilqəm Əsgərovun silahının müsadirə olunması ilə bağlı açıqlamasinda Muxalifet.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov qafqazinfo-ya açıqlamasında bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə sakini, Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib:

"12 dekabr 2018-ci ildə Kürdoğlu Əsgərov Şəmkir RPŞ-yə ərizə ilə müraciət edərək atasına məxsus "Churchil" markalı ov silahının öz adına keçirilməsini xahiş edib. 

Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izah olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq K. Əsgərovdan alınaraq Şəmkir rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır.