Dilarə Seyidzadə Prezidentin köməkçisi vəzifəsindən AZAD EDİLDİ

Baxış sayı:
7720

Prezident İlham Əliyev Dilarə Seyidzadənin Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Muxalifet.az-ın xəbərinə görə, sərəncamla Dilarə Bağır qızı Seyidzadə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə Prezidentin Katibliyinin rəisi - Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.