Diktatorun qalılqarı mavzoleydən çıxarıldı - DƏFN OLUNUR

Baxış sayı:
3641

İspaniya diktatoru General Fransisko Frankonun qalılqarı Madrid civarındakı dəbdəbəli mavzoleydən çıxarılıb. Qalıqlar paytaxtdan şimalda dəfn ediləcəyi kiçik ailə məzarlığına aparılıb.
Diktatorun cənazəsi helikopterdə Minqoburro qəbiristanlığına aparılıb.
Hökumətin bu ölçüsü İspaniyada on illər boyu qəzəb mənbəyinə çevrilmiş bir məsələyə son qoymuş olur. Belə ki, uzun illər çoxları vətəndaş müharibəsi dönəmində minlərlə adamın ölümünə bais olmuş bir şəxsin mavzoleydə dəfnindən qıcıqlarını ifadə edirdilər.
Çoxları Frankonun öz şərəfinə ucaltdığı bu mavzoleyi xalqa və demokratik İspaniya dövlətçiliyinə həqarət hesab edirdi.
Tabut mərmər daşların və iki tonluq qranitin altından çıxarıldıqdan sonra Frankonun ailəsinin xahişinə uyğun olaraq qısa dua oxunub. Daha sonra tabut 57 kilometr məsafədəki yeni mənzilinə uçurulub.
Diktatorun cənazəsi helikopterdə Minqoburro qəbiristanlığına aparılıb. Yaxınlıqdakı hərbi bazada düşürülən tabut maşında məzarlığa daşınıb.