​Diktator katibinin oğlu PREZİDENT OLDU

Baxış sayı:
2359

Paraqvayda aprelin 22-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, dövlət başçısı postuna hakim Kolorado Partiyasının namizədi Mario Abdo Benites gəlir. O, 2015-2016-cı illərdə Paraqvay Senatının sədri postunu tutub.
İlkin nəticələri açıqlayan Ali Seçki Məhkəməsi Mario Abdo Benitesin 46,6% səs topladığını açıqlayıb.
Mario Abdo Benites Paraqvaya 1954-1989-cu illərdə rəhbərlik etmiş diktator Alfredo Stessnerin katibinin oğludur.
Yeni seçilmiş prezident vəzifəsinin icrasına avqust ayında başlayacaq.