Dəhşətli yanğına görə həbs edilən vəzifəli şəxs azadlığa çıxdı

Baxış sayı:
6184

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov azadlığa buraxılıb.

Muxalifet.az report-a istinadın xəbər verir ki, onun həbsdə olduğu - 3 il 6 ay cəza müddəti başa çatıb.

N.Orucov bu gün saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.