Dəhşətli virusa yoluxduğunu etiraf edənlərə 1400 dollar veriləcək - ÇİN HÖKUMƏTİ QƏRAR VERDİ

Baxış sayı:
2020

Koronavirusun meydana gəldiyi Çinin Hubey vilayətində qəribə qərar qəbul edilib.

Qərara görə, koronavirusa yoluxması barədə müvafiq qurumlara məlumat verən şəxsə 1400 dollar mükafat veriləcək. Tək şərt həmin şəxsin xəstəxanaya müraciət edərək, koronavirusa yoluxduğunu sübuta yetirməsidir. Məlumata görə, hakim dairələr bu yolla koronavirusa yoluxan şəxsləri xəstəxanalara gəlməyə təşviq etmək istəyir.

Qeyd edək ki, Hubey vilayətində indiyə qədər 2600-dan çox insan yeni növ koronavirusdan dünyasını dəyişib. 65 min nəfərdə koronavirusa rast gəlinib./Publika.az