Dəhşətli virus Rusiyanın ikinci paytaxtında - FOTO

Baxış sayı:
421

Rusiyada ölümcül 2019-nCoV koronovirusuna yoluxma ehtimalı ilə iki nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə “Mash” telegram-kanalı xəbər yayıb.
Bildirilir ki, virusa yoluxduğu ehtimal olunan rusiyalı Şanxaydan Krasnoyarsk və Moskvadan keçid etməklə Sankt-Peterburqun Pulkovo aeroportuna gəlib.
Onun səhhəti barədə dəqiq məlumat verilmir. Ancaq telegram-kanalın məlumatına görə, uçuş zamanı onun temperaturu birdən-birə 38 dərəcəyə yüksəlib.
Müdafiə kostyumunda olan həkimlər onu xüsusi hermetik “günbəzli” yataqda aparıblar.
“Baza” telegram-kanalı bununla bağlı görüntüləri paylaşıb.
Kişinin olduğu aeroport isə xüsusi xlor tərkibli məhlulla təmizlənib.
Klinikaya yerləşdirilən digər sərnişin isə Çin vətəndaşıdır.
Hər iki şəxsdə eyni simptomlar müşahidə edilib.