Dəhşətli təyyarə qəzasının SƏBƏBİ AÇIQLANDI

Baxış sayı:
5773

Moskvanın Şeremetyevo aeroportunda baş verən təyyarə qəzası ilə bağlı ilkin versiyalar açıqlanıb.
İstintaq Komitəsi “Aeroflot"a məxsus "Sukhoi Superjet 100" tipli təyyarənin eniş sürətinin normal olduğunu açıqlayıb. Lakin yanacaq çənlərininin dolu olması enişi çətinləşdirib. Ehtimal olunur ki, depoların doluluğu sarsıntılı eniş əsnasında təyyarənin alovlanmasına səbəb ola bilər.
İstintaq Komitəsi bir neçə versiya üzərində işlədiklərini qeyd edib: “Müxtəlif ehtimallar dəyərləndirilir. Bunlar arasında pilot, idarəçi məmurlar və texniki nəzarətçilərin kifayət qədər təcrübəyə sahib olmaması, təyyarədə texniki nasazlıq və pis hava şəraiti ilə bağlı ehtimallar var”.
Qeyd edək ki, təyyarənin göyərtəsində olan 73 nəfərdən 41-i həlak olub./Publika.az