DƏHŞƏTLİ TERROR: 37 nəfər öldü, 150 yaralı var - YENİLƏNİB

Pakistanın Paraçinar şəhərində bazarda baş verən iki partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb.
APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, 150 nəfərin yaralandığı bildirilir.
Terror aktlarına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
 
***
19:39
Pakistanın şimal-qərb bölgəsində baş verən partlayışlar nəticəsində 25 nəfər ölüb.
“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, ardıcıl iki partlayış Paraçinar şəhərinin ticarət mərkəzində törədilib.
Bu gün səhər saatlarında isə Kvetta şəhərində, Bəlucistan əyalətinin polis idarəsinin yaxınlığında törədilən partlayış nəticəsində 11 nəfər ölüb.
Terror aktlarına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.