DƏHŞƏTLİ STATİSTİKA! – 8 ayda vaksindən ölənlərin sayı 18 ayda COVİD-19 nəticəsində dünyasını dəyişənlərin sayını üstələdi

Baxış sayı:
700

İngiltərədəki rəsmi rəqəmlərə görə, Covid-19 vaksinlərindən ölənlərin sayı virusdan ölənlərin sayından dəfələlər daha çoxdur
 
Qafqaz.media xəbər verir ki, İngiltərə İctimai Səhiyyə Xidməti idarəsinin və hökumətin rəsmi göstəricilərinə ğörə, son 8 ayda Covid-19 peyvəndi səbəbilə dünyasını dəyişənlərin sayı 18 ayda Covid-19 infeksiyasından ölən insanlardan daha çoxdur.
İngiltərə NHS-nin (Milli Səhiyyə Xidməti) məlumatları göstərir ki, 2020-ci ilin mart ayından 2021-ci il avqustun 12-dək əqli zəiflik, xroniki böyrək xəstəliyi, xroniki ağciyər xəstəliyi, ürək xəstəlikləri və xroniki nevroloji xəstəliklərdən əziyyət çəkməyən cəmi 3743 adam Covid-19-dan vəfat edib.
Şotlandiya Milli Reyestr (NRS) mərkəzinin məlumatlarına görə isə, 2020-ci ilin mart-2021 il 31 iyul tarixləri arasında heç bir xəstəliyi olmayan və Covid-19-dan ölən insanların sayı 704 olub.
Bununla belə, Şotlandiya İctimai Səhiyyə Xidmətinin yayınladığı məlumatlarda, 2020-ci il 8 dekabrdan 2021-ci il 11 İyuna qədər, Covid-19-a qarşı vaksindən sonra 28 gün ərzində cəmi 5522 insanın öldüyü, 1827 ölümün “Pfizer” vaksini, 3643 ölümün “AstraZenec”a vaksini və 2 ölümün də “Moderna” vaksini nəticəsində baş verdiyi açıqlanır.
Bu o deməkdir ki, Covid-19 peyvəndi vurulduqdan sonrakı 28 gün ərzində yalnız 6 ay ərzində Şotlandiyada 18 ayda Covid-19-dan ölənlərdən (704 ölüm) təxminən 8 dəfə çox insan ölüb. İngiltərədə 18 ayda Covid-19-dan (3,743 ölüm) ölənlərdən çox Şotlandiyada Covid-19 peyvəndi vurulduqdan sonrakı 28 gün ərzində 1,5 dəfə çox insan ölüb.
Həm İngiltərədə, həm Şotlandiyada Covid-19-dan ölənlərin sayı birlikdə hesablansa, 18 ayda 4447 ölüm halına qeydə alındığı halda, təkcə Şotlandiyada Covid-19 peyvəndindən sonrakı 28 gün ərzində yenə 1.075 ölüm hadisəsi baş verib.
Maraqlıdır ki, İngiltərə İctimai Səhiyyə Xidməti, ölkədəki Covid-19 peyvəndindən sonrakı 28 gün içində baş verən ölüm sayını dərc etməkdən imtina edir. Bildirilir ki, Şotlandiyadakı həmkarlarına bu göstəriciləri qeydə alsalar da, onlar buna dair məlumatları saxlamırlar.
Mənbə: “Daily Expose”
Tərcümə: Qafqaz.media