Dəhşətli sel hamilə qadını və oğlunu öldürdü - Fövqəladə vəziyyət ELAN OLUNDU

Baxış sayı:
7806

ABŞ-ın Pensilvaniya ştatında leysan yağışlar selə səbəb olub.
Təbiət hadisəsi nəticəsində bir hamilə qadın və 8 yaşlı oğlu ölüb.
Onlar sel sularının yoldan çıxardığı avtomobildə cansız halda tapılıb.
Milli Meteorologiya İdarəsi Şərqi Pensilvaniyanın bəzi bölgələrində fövqəladə vəziyyət elan edib.
Sel yolları bağlayıb. Çaylarda suyun səviyyəsi kəskin şəkildə artıdığına görə daşqınlar baş verir.