DƏHŞƏTLİ SAVAŞ: İdlibdə “Mini Dünya Müharibəsi”

Baxış sayı:
3589

"“Mini Dünya Müharibəsi” anlayışı mənim ortaya atdığım bir anlayış deyil".
Bunu Amerika Konqresi Xarici Əlaqələr Komitəsinin demokrat üzvü, Brendan Boyla deyib.
Məsələ ilə bağlı ondan, Amerikanın da bölgədə bəzi təlimlərə başladığı kəşfiyyatının gəlməsindən sonra soruşulub.
O da, "Bəli, düzdür, bizlər də hərbi təlimlərə başlamışıq və vəziyyət çox gərgindir. Hətta o qədər ki, sanki bir “Mini Dünya Müharibəsi” təhlükəsindən belə danışmaq olar" deyib.
Onsuz da Rus donanması ilə Amerika gəmiləri, Suriya sahilinə və bir-birinə çox yaxın yerləşmiş vəziyyətdədir.
Amerika bir də quruda da bəzi hərbi hərəkətləri təlim adı altında etməyə başladı.
 
 Brendan Boyla
Ruslar onsuz da bir müddətdir hərbi aktivlik nümayiş etdirirlər.
 
Amerikan rəhbərliyi də bu faktiki vəziyyətin bir qəza və ya təxribat nəticəsində isti qarşıdurmaya çevrilməsi ehtimalından qorxur.
Bu üzdən Rusiya ilə bütün kommunikasiya xətlərinin açıq saxlanıldığını söyləyən bir səlahiyyətli, "İnsansız hava kəşfiyyatı toplama təyyarəsi qaldırsaq belə Ruslara anında xəbər verilir. O cümlədən, onlar da eyni şəkildə bizə məlumat verirlər" deyib.
Görüşdüyüm Amerika mənbələri, iki ölkə arasında təkcə texniki alt səviyyədə kommunikasiyanın deyil, milli təhlükəsizlik müşavirləri səviyyəsində siyasi xətlərin da daim qarşılıqlı açıq tutulduğu və Con Boltonun Rus həmkarı ilə mütəmadi dialoq içində olduğunu deyirlər.
 
AMERİKANIN İSTƏDİYİ NƏDİR?
 
İdlib belə bircə qığılcım ilə tamamilə partlamağa hazır vəziyyətdə ikən Amerikanın niyə bu mərhələdə hərbi hərəkətə keçdiyini milli təhlükəsizlik məsələlərindəki ekspert jurnalist dostlar cavablandrıblar:
“Amerika İdlibdə nə olursa, olsun, növbəti mərhələnin artıq atılacaq siyasi həll addımı olduğunu düşünür. Yəni, Suriyada bundan sonrakı mərhələ siyasi həlli yolunda addımların atılmasıdır".
Vaşinqtondakı qurumlar Amerikanın siyasi həlldə təsir gücünün xeyli azaldığını və iplərin Ruslar və Türkiyənin əlinə keçdiyini düşünür. Məhz bu üzdən meydançada son bir güc göstərişi ilə bəzi siyasi proseslərdə yenidən həlledici olacağını düşünür. Bu təsbiti Pentaqondakı CENTCOM komandanlığı edib. Bu son fəallığı bu baxımdan görmək lazımdır.
 
MEYDANÇADAKI “KOZIR”LARI YPG
 
Bu mənbələrə görə, yenə bu səbəblə Vaşinqton meydançadakı yeganə “kozır”ı olan YPG-ni irəli sürmüş vəziyyətdədir. Vaşinqtondan DEAŞ ilə mübarizə koalisiyasının koordinatoru Brett Makgurka verilən vəzifə YPG ilə danışaraq rəhbərliyinin Dəməşq ilə çıxış kanallarını açıb, İdlibə Suriya rejiminin edə biləcəyi ehtimal olunan bir hərəkata onların yanında iştirak etmək mesajını verməkdir. Bu həmlənin yeganə məqsədi siyasi nəticələr almaq vaxtı gələndə Fəratın şərqində Dəməşqin bir Kürd muxtariyyatının əmələ gəlməyə icazə verməsinin təmin olunmasıdır.
Amerika mənbələrinə görə, Rusiya, İrandakı üçlü zirvədən sonra verdiyi açıqlamada "Suriyada terror təşkilatları bir tək İdlibdə qaldı" deyərək Fəratın şərqi üçün Amerika ilə daha əvvəl əldə olan anlaşmaya sadiq qaldı.
Vaşinqtonun şərhinə görə, Rusiya da Fəratın şərqində bir YPG muxtariyyatına icazə verilməsi barədə Dəməşqə təsir edəcək.
Buna İranın etiraz etməsinə Vaşinqton əhəmiyyət vermir, ancaq Türkiyənin mövqeyinin nə olacağını diqqətlə izləyir. Və bir həll tapması üçün düstur axtarışı da davam edir.
 
TƏXRİBAT QORXUSU
 
Mini Dünya Müharibəsi riskindən bəhs edən qurumlar meydançadakı həssas vəziyyət səbəbilə bir təxribatdan çox qorxurlar. Bunun Amerika, Rusiya və ya Türkiyədən gəlməsi ehtimalı yoxdur bunlar üçün. Bu mənbələr İrana yaxın milislərdən və YPG-nin nəzarətindən kənar ünsürlərdən və ya regionda çox sayda mövcud olan muzdlu hərbi ünsürlərdən qorxurlar. Bunların bir dənəsindən bir provokatif addım gəldiyi təqdirdə İdlib tam anlmıyla partlayacağını deyirlər.
 
SON ÜMİD TÜRKİYƏDƏ
 
Amerikan mediası və mütəxəssislər bunu onsuz da deyirlər, amma hakimiyyətin də ümidi belə bir təxribatın qarşısını ala biləcək meydançadakı yeganə güc Türkiyədədir. Bu səbəbdən Türkiyədən verilən bəyanatlar və diplomatik addımlar çox yaxından təqib edilib, təhlil edilir, Vaşinqtonda.

Serdar Turgut - "Habertürk"

Tərcümə Müxalifət.az-ındır